PSJ ispaniyalı forvarda “elçi düşdü”

İdman

30.06.2024 10:30

PSJ klubu 16 yaşlı Lamin Yamal üçün "Barselona"ya 250 milyon avro ödəməyə hazırdır.

TodayPress xəbər verir ki, buna baxmayaraq Kataloniya təmsilçisi futbolçu ilə ayrılmaq fikridə deyil.

Hazırda Avropa Çempionatında İspaniya millisinin şərəfini qoruyan Yamal turnirin ən gənc futbolçusudur. O, AVRO-2024-ün qrup mərhələsinin ilk turunun Xorvatiya ilə oyunu üçün millisinin start heyətinə 16 yaş 338 günlük ikən çıxıb. Əvvəlki rekord son Avropa çempionatında 17 yaş 246 gün oynamış Polşa millisindən olan Kacper Kozlovskiyə məxsus idi.

Qeyd edək ki, Yamal son mövsüm La Liqada 37 oyun keçirib və 5 qol vurub. 


Namiq HUN

tag: PSJ, Barcelona,Lamin Yamal, La Liga, İdman, Futbol, Todaypress.az,