PSJ İsak üçün büdcə ayırdı

İdman

24.12.2024 10:03

Hücumçu Aleksandr İsak PSJ futbol klubunun əsas transfer hədəflərindən biridir.

TodayPress xəbər verir ki, Paris təmsilçisi qışda hücum xəttini gücləndirməyi planlaşdırır. 

İsveçli futbolçu “Nyukasl”dakı uğurlu çıxışı ilə qitənin bir çox klublarının maraq dairəsinə düşüb. PSJ ön xətt transferini reallaşdırmaq üçün 100 milyon avro məbləğində büdcə ayırıb.

Qeyd edək ki, İsak cari mövsüm “sağsağanlar”ın heyətində 18 oyunda 11 qol vurub və 4 ötürmə verib. Onun “Nyukasl”la 2028-ci ilin yayına kimi müqaviləsi var.

Namiq HUN

tag: Paris ,Futbol ,Hücum, Qitə, todaypress.az,