PSJ Hakimi ilə anlaşdı
PSJ klubu müdafiəçi Aşraf Hakimi ilə müqavilə müddətini artıracaq.
TodayPress xəbər verir ki, tərəflər bununla bağlı ilkin razılığa gəliblər.
Paris təmsilçisi ilə mərakeşli futbolçu arasındakı hazırki müqavilə 2026-cı ilin yayında bitəcək. PSJ daha 2 il müddətinə Hakimini heyətdə saxlamaq istəyir.
Qeyd edək ki, Aşraf Hakimi 2021-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu 128 oyunda 15 qol vurub və 22 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: PSJ, Aşraf Hakimi, Paris,Futbolçu, todaypress.az,