PSJ Hakimi ilə anlaşdı

İdman

22.11.2024 09:04

PSJ klubu müdafiəçi Əşrəf Hakimi ilə yeni müqavilə imzalayacaq. 

TodayPress xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı futbolçu ilə 2029-cu ilin yayınadək əməkdaşlıq edəcək. 

Müqavilənin bütün detalları həll olunub.

Qeyd edək ki, Hakimi 2021-ci ilin yayında “İnter”dən PSJ-yə keçib. O, ötən müddət ərzində bütün turnirlərdə 133 matça çıxıb. Sağ cinah müdafiəçisi 16 qol vurub və 22 məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: Əşrəf Hakimi, PSJ, İnter, Müdafiəçi, Turnir, todaypress.az,