PSJ fransalı vingeri heyətinə cəlb etdi

İdman

17.08.2024 15:20

PSJ vinger Dezire Duenin transferini açıqlayıb.

TodayPress xəbər verir ki, Paris təmsilçisi cinah hücumçusu ilə 2029-cu ilə qədər müqavilə bağlayıb.

19 yaşlı fransalı futbolçu “Renn” klubunun yetirməsidir. O, gənclərdən əsas komandaya qədər yüksəlib. 

Dezire “Bavariya”nın təklifini rədd edərək, PSJ-yə keçməyə qərar verib. 

Due ötən mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. O, ümumilikdə 2395 dəqiqə meydanda olub. 

Transfermarkt portalında futbolçunun bazar dəyəri 30 milyon avro qiymətləndirilir. 

Namiq HUN

tag: Paris, Hücumçu, Bavariya, Transfermarkt, Renn, todaypress.az,