PSJ Enrikenin işindən razıdır

İdman

08.02.2025 09:33

2209

PSJ baş məşqçi Luis Enrike ilə müqavilə müddətini artırıb.   

TodayPress xəbər verir ki, ispaniyalı mütəxəssis 2027-ci ilə kimi Paris təmsilçisini çalışdıracaq. 

2023-cü ilin iyulundan PSJ-yə başçılıq edən Enrike əməkdaşlıqdan məmnun olduğunu və uğurlar qazanmaq üçün hər cür şəraitə malik olduqlarını bildirib. 

Qeyd edək ki, Luis Enrike “qırmızı-göylər”lə ötən mövsümdə Fransa çempionu olub və ölkə kubokunu qazanıb. Komanda həmçinin 2 dəfə də Fransa Superkubokunun qalibi olub.   

Namiq HUN

tag: PSJ ,Luis Enrike,Paris ,Fransa , Fransa Superkuboku,Todaypress.az,