PSJ Donnarummaya əvəz axtarır

İdman

26.07.2024 10:15

2357

PSJ klubu "Milan"ın qolkiperi Mayk Menyanı transfer etmək istəyir.

TodayPress xəbər verir ki, Fransa çempionu “Mançester Siti”yə keçəcəyi gözlənilən Canluici Donnarummanın əvəzinə qolkiper axtarır. 

Mayk Menya PSJ-nin yetirməsi olsa da, heç vaxt əsas komandada oynamayıb. 

29 yaşlı futbolçu 2015-ci ildə 1 milyon avro qarşılığında "Lill"ə keçib. 2021-ci ildə Menyanı 16,4 milyon avro müqabilində "Milan" rənglərinə qatıb. 

Qeyd edək ki, M.Menyan ötən mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb. O, bu oyunların 15-də qapısını toxunulmaz saxlayıb. 

Namiq HUN

tag: PSJ, Donnarumma, Fransa, Mayk Menya, Milan, todaypress.az,