PSJ-dən Xviça Kvaratsxeliyaya sərfəli təklif
İdman
03.06.2024 00:32
PSJ klubu "Napoli"nin vingeri Xviça Kvaratsxeliyaya illik 7 milyon avro maaşla müqavilə təklif edir. TodayPress xəbər verir ki, Paris klubu maaşdan əlavə, Kvaratsxeliyaya bonuslar da təklif edir. Bu şərtlər “Napoli”nin təklif etdiyi maaşı (4 milyon avro + 1 milyon avro bonus) üstələyir.
"Napoli"nin baş məşqçisi olacaq Antonio Konte Kvaratsxeliyanı dünya səviyyəli futbolçu hesab edir və onu heyətdə saxlamaq niyyətindədir. Bu səbəbdən İtaliya klubu Xviçaya maaş təklifini 5,5 milyon avroya yüksəltməyə hazırdır.
Qeyd edək ki, son mövsüm Kvaratsxeliya bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Xviça Kvaratsxeliya,PSJ,Napoli, İdman, Football, todaypress.az,