PSJ ÇL-dən kənarlaşdırıla bilər: Mbappenin təzminat davası
İdman
20.08.2024 17:15
PSJ Kilian Mbappeyə olan borcuna görə 2024/2025 mövsümündə Çempionlar Liqasından kənarlaşdırıla bilər.
TodayPress xəbər verir ki, Mbappe Fransa Futbol Federasiyası vasitəsilə Fransa Liqası və UEFA-nın hüquq komissiyasına müraciət edərək, əvvəllər forma geyindiyi PSJ-dən köhnə müqaviləyə əsasən, 55 milyon avro təzminat ödəməsini tələb edib.
Fransa Liqası PSJ-yə transfer qadağası tətbiq etmək, həmçinin UEFA lisenziyasını ləğv etmək səlahiyyətinə malikdir. Bununla da PSJ Çempionlar Liqasından dərhal kənarlaşdırıla bilər.
Bundan başqa UEFA yarışlarında iştirak edən hər hansı bir klub lisenziyalaşdırma mövsümündən əvvəl, fevralın 28-dən gec olmayaraq işçilərinə ödənilməmiş əmək haqqının olmaması barədə sübut təqdim etməlidir.
Buna görə də PSJ UEFA-nın klub lisenziyası və maliyyə dayanıqlığı ilə bağlı qaydalarına əməl etmədiyi üçün 2024/2025 mövsümü üçün UEFA klub lisenziyasını itirə bilər.
Namiq HUN
tag: Fransa, UEFA, PSJ, Çempionlar, Mbappe, todaypress.az,