PSJ baş məşqçisi ilə müqavilə müddətini artıracaq

İdman

18.10.2024 02:22

Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike klubu ilə müqavilə müddətini 2027-ci ilə qədər uzadacaq.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisə güvənən klub rəhbərliyi qarşı tərəflə ötən aydan razılaşıb.

54 yaşlı baş məşqçinin hazırkı müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, L.Enrike 2023-cü ildən PSJ-ni çalışdırır. O, komandasına 62 oyunda 40 qələbə qazandırıb. 14 qarşılaşma heç-heçə, 8 görüş isə məğlubiyyətlə başa çatıb.

tag: Futbol,PSJ, Enrike, Fransa, Luis, todaypress.az,