PSJ Barkola ilə danışıqları dayandırdı

İdman

02.12.2024 13:27

Bradli Barkola və PSJ yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Barkola baş məşqçi Luis Enrikenin tələblərindən narazıdır və onlar arasında gərginlik artmaqda davam edir.

Oxşar problemlər ispaniyalı mütəxəssisin Osman Dembele də daxil olmaqla bir çox digər futbolçularla münasibətlərində də müşahidə olunur. Baş məşqçinin taktiki yanaşması futbolçuları qane etmir.

Qeyd edək ki, Barkola mövsümə yaxşı başlanğıc edib və Luis Enrikenin komandasında əsas fiqura çevrilməyi bacarıb. 

PSJ 22 yaşlı fransalı futbolçunu yeni müqavilə ilə mükafatlandırmağa hazır idi. Ancaq indi müzakirələr dondurulmalı olub.

Namiq HUN

tag: PSJ, Barkol, Mükafat, Luis Enrik, todaypress.az,