Prezidentin nəvələri Messi ilə görüşdü
İdman
11.12.2024 15:20
Azərbaycan Prezidenti İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar hazırda Bakıda səfərdə olan əfsanəvi futbolçularla görüşüblər.
TodayPress xəbər verir ki, bu barədə Əli Ağalarov öz instaqram hesabında paylaşım edib.
Fotoda futbolun əfsanələri Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba yer alıb.
Paylaşımda “Azərbaycana xoş gəlmisiniz” sözləri yazılıb.
tag: İlham Əliyev,Nəvələri,Lionel Messi,Luis Suares,Serxio Buskets,Xordi Alba,