Prezident İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng etdilər
İdman
01.08.2024 21:40
Avqustun 1-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı
cüdoçu Zelim Kotsoyevə zəng ediblər.
TodayPress xəbər
verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev və
birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim
Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin
başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk
dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini
eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə
çatdırıb.
Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.
tag: Prezident, İlham Əliyev, Mehriban Əliyeva,Zelim Kotsoyev, Qızıl medal, todaypress.az,