Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hidayət Heydərova zəng etdilər
İdman
29.07.2024 21:58
İyulun 29-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya
çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.
TodayPress xəbər
verir ki, dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında
parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb,
ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.
Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.
tag: Paris-2024, İlham Əliyev, Mehriban Əliyeva, Hidayət Heydərov, todaypress.az,