Prezident futbolçuları “Şərəf” ordeni ilə təltif etdi
İdman
03.07.2024 11:34
Gürcüstan prezidenti Avropa çempionatındakı iştirakına görə futbol komandasının oyunçularını təltif edib.
TodayPress “TASS” a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili milli komandanın futbolçularını, məşqçilər korpusunu və federasiyanın nümayəndələrini Avropa çempionatının 1/8 final mərhələsinə yüksəldiklərinə görə “Şərəf” ordeni ilə təltif edib.
Mükafatlandırma mərasimi Tbilisinin Azadlıq meydanında baş tutub. Açıq avtobusda meydana gedən milli komandanın futbolçularını minlərlə azarkeş salamlayıb.
Qeyd edək ki, Gürcüstan komandası tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə yüksəlib.
Namiq HUN
tag: Gürcüstan, Avropa Çempionat, Salome Zurabişvili, Mükafatlandırma, todaypress.az,