Premyer Liqanın XXVI turunda "Neftçi" "Turan Tovuz"la bərabərə qaldı
XXVI turun son oyununda "Neftçi"
"Turan Tovuz"la bərabərə qalıb.
TodayPress-in məlumatına görə, "Neftçi
Arena"da baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı ev sahiblərinin heyətində 88-ci dəqiqədə Bassala
Sambu açıb. 90+5-ci dəqiqədə qərb təmsilçisi məğlubiyyətdən xilas olub.
Hayderson Hurtado dəqiq zərbənin müəllifi olub.
Qonaqların heyətində Emmanuel Hakman 18-ci dəqiqədə
qırmızı vərəqə alıb.
"Neftçi" 28 xalla turnir cədvəlinin 6-cı sırasında
yer alıb. "Turan Tovuz" isə 43 xalla dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında
"Qarabağ" "Araz-Naxçıvan"ı 3:1, "Şamaxı"
"Sabah"ı, "Zirə" "Səbail"i 1:0,
"Sumqayıt" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib
tag: Neftçi, Arena, Turan Tovuz, Qarabağ, Sumqayıt, todaypress.az,