Premyer Liqanın XVIII turunda "Zirə" "Səbail"i məğlub etdi

İdman

22.12.2024 02:44

Premyer Liqanın XVIII turunda "Zirə" komandası səfərdə "Səbail"i məğlub edib.

TodayPress xəbər verir ki, "ASCO Arena"da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə"nin heyətində 77-ci dəqiqədə Giorgi Papunaşvili fərqlənib.

Hazırda Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 30 xalla dördüncüdür. Sonuncu - onuncu olan “Səbail”in isə 9 xalı var.

Qeyd edək ki, XVIII turun bu gün baş tutan "Turan Tovuz" - "Neftçi" matçı heç-heçə nəticələnib  1:1. Ötən gün keçirilən “Kəpəz” - “Sumqayıt” görüşündə isə qol vurulmayıb. XVIII tura sabah “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.

 

tag: Zirə, Səbail, ASCO, Giorgi , Sabah, Qarabağ, todaypress.az,