Premyer Liqanın son oyunu bəlli oldu
İdman
01.09.2024 10:55
Sentyabrın
1-də futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.
TodayPress
xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək.
Son
çempion "Qarabağ" "Zirə"nin qonağı olacaq. Zirə İdman
Kompleksinin stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.
Hazırda
Ağdam və Bakı təmsilçiləri hərəyə 6 xalla turnir cədvəlində, müvafiq olaraq,
4-5-ci yerləri bölüşdürürlər.
Qeyd
edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Səbail"ə,
"Araz-Naxçıvan" səfərdə "Sumqayıt"a 1:0, "Sabah"
Tovuzda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib, "Şamaxı" isə
doğma meydanda "Neftçi" ilə qolsuz heç-heçə edib.
tag: Premyer Liqa,Oyun,Futbol,Qarabağ,Zirə,Sumqayıt,todaypress.az,