Premyer Liqanın qalibi mükafatlandırıldı
Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" klubu mükafatlandırılıb.
TodayPress xəbər verir ki, "Azersun Arena"dakı tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov iştirak ediblər. Komandanın futbolçularına və məşqçilərinə medallar verilib. Daha sonra Ağdam klubuna çempionluq kuboku təqdim olunub. 20 qolla mövsümün ən məhsuldar futbolçusu olan “Qarabağ” klubunun hücumçusu Olavio Juninyo xüsusi mükafata layiq görülüb.
Bu "Qarabağ" klubunun 11-ci Azərbaycan çempionluğudur.
tag: Football, idman,Premyer Liqa, Qarabağ, todaypress.az,