Premyer Liqadan transfer yeniliyi
İngiltərə Premyer Liqasında yeni mövsümün yay transfer pəncərəsinin vaxtı açıqlanıb.
TodayPress xəbər verir ki, keçid dövrü iki hissədən ibarət olacaq.
Yenilik klublararası dünya çempionatına qatılacaq komandaların heyətini gücləndirməsi üçün tətbiq ediləcək.
Transfer pəncərəsinin ilk dövrü iyunun 1-dən 10-dək olan müddəti əhatə edəcək.
Daha sonra yenidən iyunun 16-da açılacaq transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.
Qeyd edək ki, iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək çempionatda İngiltərəni “Mançester Siti” və “Çelsi” klubları təmsil edəcək.
Namiq HUN
tag: Premyer ,Liqa,Britaniya,Futbol,Todaypress.az,