Premyer Liqada tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vuruldu
İdman
09.12.2024 21:06
Misli Premyer Liqasında XVI tura
"Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub.
TodayPress xəbər verir ki, Tovuz şəhər stadionunda baş
tutan matçda ev sahibləri qələbə qazanıb - 3:2.
Qarşılaşmada hesabı qonaqlar açıb. 12-ci dəqiqədə Belajdi
Pusi sabiq komandasını cəzalandırıb. Meydan sahiblərinin cavab qolu özünü çox
gözlətməyib. 9 dəqiqə sonra Roderik Miller adını tabloya yazdırıb. Bununla
belə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fasiləyə 6 dəqiqə qalmış
növbəti qolun sevincini yaşayıb. Bu dəfə Edqar Adilxanov dəqiq zərbə müəllifi
olub. Qərb təmsilçisi 60-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Alexandro
Serrano penalti zərbəsindən fərqlənib. Tovuzluların qələbə qolunu Roderik
Miller vurub. Panamalı futbolçu 90+4-cü dəqiqədə dublla yadda qalıb.
Bu nəticənin ardından "Turan Tovuz" 30 xalla
üçüncü, "Şamaxı" isə 13 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində
"Araz-Naxçıvan" "Səbail"i, "Sumqayıt"
"Neftçi"ni 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə
məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının dueli
heç-heçə başa çatıb - 1:1.
tag: Liqa, Turan Tovuz, Şamaxı, Belajdi Pusi, todaypress.az,