Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a məğlub oldu

İdman

06.11.2024 22:18

Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda "Zirə" "Araz-Naxçıvan"a məğlub olub.

TodayPress-in məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 48-ci dəqiqədə Urfan Abbasov meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, paytaxt təmsilçisi 12 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 27 xalla ikinci pillədə qərarlaşıb.

tag: Futbol, İdman, Liqa, Misli Premyer, Zirə, Araz- Naxçıvan, todaypress.az,