Premyer Liqa: "Turan Tovuz" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib
İdman
01.11.2024 23:52
Misli Premyer Liqasının XII turunun açılış
oyununda "Turan Tovuz" doğma meydanda "Qarabağ"la
heç-heçəyə razılaşıb.
TodayPress-in
məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb.
Cari mövsüm ilk dəfə bərabərə qalan Ağdam təmsilçisi 28
xalla turnir cədvəlinə başçılıq edir. Qərb təmsilçisi isə 25 xalla ikinci
sırada qərarlaşıb.
Günün digər qarşılaşmasında "Neftçi"
"Araz-Naxçıvan"ı qəbul edəcək. Bu oyun saat 20:30-da başlayacaq.
Qeyd edək ki, turun digər qarşılaşmaları noyabrın 2-3-də
gerçəkləşəcək.
tag: Misli Premyer Liqa,Turan-Tovuz, Futbol, Qol, Araz-Naxçıvan,