Premyer Liqa: "Sumqayıt" "Kəpəz"ə qalib gəldi
Futbol üzrə XXVI
turda "Sumqayıt" "Kəpəz"ə qalib gəlib.
TodayPress xəbər verir ki, Mehdi Hüseynzadə adına
Sumqayıt şəhər stadionunda baş tutan oyunda ev sahibləri 3:0 hesablı qələbəyə
seviniblər.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Roy
Kehat (20, 51) dubl müəllifi olub. 90+3-cü dəqiqədə isə Nihad Əhmədzadə
adını tabloya yazdırıb.
25 xalı olan "Sumqayıt" turnir cədvəlində 8-ci
yerdə qərarlaşıb. 22 xala malik "Kəpəz" isə 9-cudur.
Tura "Neftçi" - "Turan Tovuz" matçı
ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında
"Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı"
"Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub
edib.
tag: Futbol, Sumqayıt, Kəpəz, Nihad Əhmədzadə, Turan Tovuz, todaypress.az,