Premyer Liqa: "Qarabağ" “Zirə”ni məğlub etdi

İdman

02.09.2024 09:15

Futbol üzrə Azərbaycan çempionatında V tura yekun vurulub.

TodayPress xəbər verir ki, turun son oyun gününün yeganə qarşılaşması Zirədə baş tutub. 

“Qartallar” Azərbaycan çempionu “Qarabağ”ı sınağa çəkib.

Matç “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın heyətində qollar Toral Bayramov, Emmanuel Addai və Abdullah Zubir vurub. “Zirə”dən isə Ceyhun Nuriyev fərqlənib. 

Namiq HUN

tag: Azərbaycan, Futbol, Qartallar, Qarabağ,Toral Bayramov ,Emmanuel Addai, todaypress.az,