Premyer Liqa: "Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəldi
"Qarabağ" XXVIII turunun açılış oyununda "Turan Tovuz"a qalib gəlib.
TodayPress xəbər verir ki, Tovuz şəhər stadionunda baş
tutan matçda qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.
Ağdam təmsilçisinin heyətində Kadi Borqes (16 p, 84)
Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Meydan
sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.
"Köhlən atlar" 28 turdan sonra 67 xalla
liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.
tag: Qarabağ, Turan Tovuz,Març, Köhlən Atlar, todaypress.az,