Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub etdi
"Qarabağ" Misli Premyer Liqasının
XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib.
TodayPress-in məlumatına görə, Qurban Qurbanovun baş
məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan
matçda rəqibini 5:0 hesabı ilə üstələyib.
Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76), Leandro
Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.
"Köhlən atlar" 53 xalla liderdir. Bakı klubu 16
xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında
"Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə
"Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə
"Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" -
"Kəpəz" görüşündə hesab açılmayıb.
tag: Qurban Qurbanov, Futbol, Səbail,Qarabağ, Liqa, todaypress.az,