Premyer Liqa: "Qarabağ" "Şamaxı"ya qalib gəldi
İdman
18.01.2025 04:56
Premyer Liqada "Qarabağ"
"Şamaxı"ya qalib gəlib.
TodayPress-in məlumatına görə, XIX turun açılış matçında
Ağdam təmsilçisi doğma meydanda 3:2 hesablı qələbəyə sevinib.
Ev sahiblərinin heyətində Nəriman Axundzadə (4) və
Aleksey Kaşuk (29) fərqlənib. Qonaq komandadan isə Belajdi Pusi (14) və Brahim
Konate (39) diqqət mərkəzinə düşüb. "Şamaxı"nın heyətində Cəlal
Hüseynov isə avtoqol (72) müəllifi olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 18 turdan
sonra 50 xalla liderdir. Şamaxı klubu 17 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları yanvarın 18-19-da baş
tutacaq.
tag: Qarabağ,Liqa, Ağdam, Nəriman Axundzadə, Şamaxı, todaypress.az,