Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun məkanı dəyişdirildi

İdman

19.02.2025 22:06

1510

Premyer Liqanın XXVII turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” oyununun yeri dəyişdirilib.

TodayPress-in məlumatına görə, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək.

Bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edilib.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib.

Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.

 

tag: Liqa, Kəpəz, Məkan, Qarabağ, AFFA, Tovuz, todaypress.az,