Premyer Liqa klubu satıldı
İdman
24.09.2024 10:11
"Everton" futbol klubunun səhmlərinin böyük hissəsi satılıb.
TodayPress xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Blue Heaven Holdings" səhmlərin əksəriyyətini "Friedkin Group"a satıb.
Əməliyyatın Premyer Liqa, İngiltərə Futbol Assosiasiyası və Maliyyə Təşkilatı tərəfindən təsdiqlənməsi gözlənilir.
Namiq HUN
tag: Everton, Premyer Liqa ,Friedkin Group ,Maliyyə Təşkilatı ,İngiltərə ,todaypress.az,