Premyer Liqa klubu Pereyra ilə anlaşdı
İdman
20.12.2024 11:15
Portuqaliyalı futbol mütəxəssisi Vitor Pereyra karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
TodayPress xəbər verir ki, o, “Vulverhempton” klubunun baş məşqçisi təyin olunub.
56 yaşlı mütəxəssislə 18 ay müddətinə müqavilə imzalandığı bildirlir.
Daha əvvəl mətbuatda “Vulverhempton”un məşqçi üçün Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubuna 800 min funt sterlinq məbləğində təzminat ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Vitor Pereyra məşqçilik karyerasında Avropanın “Porto”, “Olimpiakos” və “Fənərbağça” klublarını çalışdırıb.
Namiq HUN
tag: Klub,Məşqçi, Mətbuat ,Karyera, todaypress.az,