Premyer Liqa klublarının istədiyi futbolçu
Rusiyanın “SKA-Xabarovsk” klubunun qolkiperi İslam İmamov karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
TodayPress xəbər verir ki, 24 yaşlı qolkiper üç klubun transfer siyahısında yer alıb.
İslama Rusiya klublarından da təklif var. Amma o, hələ ki, gələcək karyerası ilə bağlı yekun qərarını verməyib.
2001-ci il təvəllüdlü futbolçunu AFFA da milliləşdirmək istəyir.
İmamovun “SKA-Xabarovsk”la müqavilə müddəti 2025-ci il iyuluna qədərdir.
Namiq HUN
tag: Qolkiper ,AFFA ,Karyera ,İmamov ,todaypress.az,