Premyer Liqa klubları cəzalandırıldı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
TodayPress xəbər verir ki, yığıncaqda Premyer Liqanın IX turunda baş verənlər müzakirə olunub.
“Səbail” - “Şamaxı” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib.
Qırmızı vərəqə alan Brahim Konate isə “Şamaxı”nı 500 manat ziyana salıb. Futbolçuya 1 oyunluq cəza verilib.
“Turan Tovuz” - “Zirə” matçından sonra yerli azarkeşlərii meydançaya kənar əşyalar atdıqlarına görə, klub 800 manat cərimə edilib.
“Sumqayıt” – “Qarabağ” oyununda isə “Gənclik şəhəri” təmsilçisinin azarkeşləri meydançaya kənar əşya atıblar.
Nəticədə “Sumqayıt” klubuna 800 manat cərimə kəsilib.
Namiq HUN
tag: Sumqayıt,AFFA,Qarabağ,Turan Tovuz,Todaypress.az,