Premyer Liqa bombardiri təklif aldı
"Araz-Naxçıvan" klubunun futbolçusuna 3 ölkədən təklif gəlib.
TodayPress xəbər verir ki, "boz qurdlar" hazırda çempionatın lideridir.
Bu səbəbdən Naxçıvan təmsilçisinin baxımlı oyunu ilə seçilən futbolçularını istəyənlər var.
Premyer Liqanın bombardiri olan Felipe Santosu Türkiyə, Rusiya və Yunanıstan klubları heyətinə qatmaq istəyir. Adları çəkilməyən klublar qış "transfer pəncərəsi"ndə vinger üçün "Araz-Naxçıvan"a rəsmi təklif ünvanlayacaq.
Qeyd edək ki, Santos "qırmızı-bəyazlar"ın heyətində meydana çıxdığı 15 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib. Felipenin Naxçıvan təmsilçisi ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.
Namiq HUN
tag: Araz-Naxçıvan,Premyer Liqa,Türkiyə,Felipe Santosu ,Todaypress.az,