Premyer Liqa: "Araz-Naxçıvan" - "Şamaxı" oyununda qalib müəyyənləşmədi
Futbol üzrə XXVII
turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə
qarşılaşıb.
TodayPress-in məlumatına görə, "Liv Bona Dea
Arena"da baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Bernardo Diaş
açıb. 68-ci dəqiqədə isə Cəlal Hüseynov qarşılaşmanın yekun hesabını
müəyyənləşdirib.
Naxçıvan təmsilçisi 47 xalla üçüncü, qonaqlar 28 xalla
altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.
tag: Araz-Naxçıvan, Futbol, Liqa, Şamaxı, Matç, todaypress.az,