Poyet Cənubi Koreya klubu ilə anlaşdı
Qustavo Poyet Cənubi Koreyanın “Chonbuk Hyundai Motors” klubunun baş məşqçisi təyin olunub.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər bir il müddətinə müqavilə imzalayıblar.
Qeyd edək ki, Qustavo Poyet 2024-cü ilin mart ayında Yunanıstan millisinin baş məşqçisi postundan istefa verib. O, baş məşqçi kimi “Tottenhem”, “Bordo” və “Betis” klublarını çalışdırıb.
Namiq Hun
tag: Yunanıstan, Qustavo, Məşq, Klub, todaypress.az,