Potensial rəqiblərimizin nəticələri
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə", “Sabah” və “Sumqayıt” klublarının potensial rəqibləri ilk görüşlərini keçiriblər.
TodayPress xəbər verir ki, “Zirə” - "Dünayska Ştreda" cütünün rəqibləri olan "Osiyek" (Xorvatiya) və "Levadia" (Estoniya) klubları arasında ilk görüş keçirilib. Rəqibini 5:1 hesabı ilə darmadağın edən “Osiyek” növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə edib.
"Makkabi" (Hayfa) - Sabah” cütünün rəqibləri olan "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) arasında baş tutan ilk matçda irlandlar 3:1 hesablı qələbəyə seviniblər.
“Sumqayıt” - “Fehervar” (Macarıstan) cütünün rəqibləri olan “Omoniya” (Kipr) – “Torpedo” Kt (Gürcüstan) cütünün görüşündə isə Kipr təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: UEFA, Konfrans, Zirə, Sabah, Sumqayıt, Levadia, todaypress.az,