Postekoğlu: “Məşqçilik həyatın istənilən sahəsindəki işlərdən ən çətinidir”

İdman

20.12.2024 11:40

“Tottenhem” futbol klubunun baş məşqçisi Angelos Postekoğlu işinin çətinliyindən danışıb.

TodayPress BBC-yə istinadən xəbər verir ki, yunanıstanlı məşqçi futbol idarəçiliyində çalışmağın bütün işlərdən çətin olduğunu bildirib:

“Məşqçilik həyatın istənilən sahəsindəki işlərdən ən çətinidir. Baş nazir olmaq üçün neçə dəfə seçki keçirilir? 1 dəfə. Mənim isə hər həftəsonu seçkim var. Ya qalib gələcəyik, ya da uduzacağıq”.

Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2023-cü ilin iyulundan London klubunu çalışdırır. Onun “mahmızlar”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

Namiq HUN

tag: Futbol, Klub, Məşq, İdarəçilik, todaypress.az,