Portuqaliya “play-off”a bilet "bron" etdi

İdman

22.06.2024 22:30

Avropa çempionatının F qrupunda 2-ci tura Türkiyə – Portuqaliya qarşılaşması ilə yerun vurulub. Komandalar Dortmundun “Siqnal İduna Park” stadionunda bir araya gəliblər.

TodayPress xəbər verir ki, bu qarşılaşmada qrup liderlərindən biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcəkdi.

Portuqallar cütün aşkar favoriti olduqlarını ilk hissədə vurulan qollarla sübut ediblər. Bernardo Silvanın 22-ci dəqiqə qoluna, qısa intervalla “ay-ulduzlular”ın müdafiəçisi Samet Akaydın avtoqolla dəstək veri 2:0. 56-cı dəqiqədə isə Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeş Kriştiano Ronaldonun ötürməsindən sonra matçın nəticəsini müəyyən edib 3:0.

Türkiyə uğuru ilə Portuqaliya pley-offa bilet bron etdi. Bu isə o deməkdir ki, 3-cü turda liderlərə istirahət vermək olar. “Ay-ulduzlular” isə 16 illik tilsimi qırmaq üçün Çexiyanı üstələməli olacaqlar.

Namiq HUN

tag: Portuqaliya, Dortmund, Avropa çempionatı,Kriştiano Ronaldo, todaypress.az,