Portuqaliya penalti seriyasında qalib gəldi
Almaniyada
keçirilən Avropa çempionatında 1/8 final mərhələsi davam edir.
TodayPress xəbər verir ki,
“Frankfurt Arena”da Portuqaliya millisi Sloveniyanı sınağa çəkib. İtaliyalı
referi Daniele Orsatonun idarə etdiyi matçın 90 dəqiqəsi qolsuz heç-heçə ilə
başa çatıb. Daha sonra Kriştiano Ronaldo və komandası heç-heçələri sıralayan
rəqibin müqavimətini overtaymda qırmağa çalışıb. Bu dəqiqələrdə Ronaldo
komandasını 1/4 finala daşıyacaq penaltini qola çevirə bilməyib.
Cütün qalibini elə matç
sonrası vurulan penalti seriyası müəyyən edib. Daha dəqiq, sloveniyalı
futbolçuların ardıcıl vurduqları üç penaltini dəf edən Dieqo Koşta. Portuqaliya
titul yürüşünü davam etdirir.
Namiq HUN
tag: Almaniya, Portuqaliya, Frankfurt Arena, Sloveniya, todaypress.az,