Portuqaliya əlavə vaxtda qələbə qazandı

İdman

19.06.2024 01:33

1487

Avropa çempionatında qrup mərhələsinin ilk turuna Almaniyanın Leypsiq şəhərində yekun vurulub. F qrupunda yer alan Portuqaliya və Çexiya komandaları “Red Bull-Arena”da qalibi müəyyən ediblər.  

TodayPress xəbər verir ki, çempionatın açılış matçında Kriştiano Ronaldo və komandası çətin qələbə qazanıb. Lukaş Provod 62-ci dəqiqə qolu ilə Çexiya millisini heabda irəli çıxartsa da, müdafiəçi Robin Hranaç komanda yoldaşlarına yetərincə sevinməyə imkan verməyib.

Matçın 69-cu dəqiqəsində məhz onun avtoqolundan sonra portuqaliyalı futbolçular oyunda status-kvonu bərpa ediblər. Bu hələ azmış kimi Hranaç 90+2-ci dəqiqədə topu rəqib futbolçuya hədiyyə edərək, komandasını xalsız qoyub. Fransisko Konseysao isə ilk turda Portuqaliya millisinə çox vacib 3 xalı qazandırıb.

 Namiq HUN

tag: Portuqaliya, Çexiya, Avropa çempionatı, Kriştiano Roaldo, Robin Hranç, todaypress.az,