Portuqaliya çempionu itkin düşdü

İdman

04.12.2024 15:42

Portuqaliyanın bodibordinq üzrə çempionu Daniel dos Santos Taylanddakı Koh Panqan adasında yoxa çıxıb.

TodayPress “Surtotal”a istinadən xəbər verir ki, çempionun həyat yoldaşı sosial şəbəkələrdə məlumat paylaşıb.

Daniel dos Santos artıq iki həftədir yoxa çıxıb. Taylandda müəmmalı şəraitdə itkin düşən idmançının pasportu, pul kisəsi və təyyarə bileti ağacın altında tapılıb.

Portuqaliyanın Daxili İşlər Nazirliyindən durumun izlənildiyi və Portuqaliyanın Taylanddakı səfirliyi vasitəsilə idmançının ailəsi ilə əlaqə saxlanıldığı bildirilib.

Namiq HUN

tag: Portuqaliya,Çempion, Tayland,Boodbordinq, todaypress.az,