Portuqaliya – Azərbaycan oyununun hakimləri açıqlandı
İdman
28.10.2024 13:30
Futbol üzrə AVRO-2025-in seçmə mərhələsində qadınlardan ibarət Portuqaliya və Azərbaycan milli komandaları arasında Vizela şəhərində keçiriləcək cavab oyununu (ilk oyun 4:1) idarə edəcək hakimlər məlum olub.
TodayPress xəbər verir ki, görüşü niderlandlı referi Şona Şukrulanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Ona yan xətt hakimləri Martina Boer və Eşli da Haan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulia van Es yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Namiq HUN
tag: AVRO-2025,Şona Şukrula,Martina Boer,Yulia van Es, Portuqaliya, Azərbaycan, todaypress.az,