"Porto" türk futbolçu ilə anlaşdı
Portuqaliya təmsilçisi İsveçin "Hammarbi" klubundan hücumçu transfer edib.
TodayPress xəbər verir ki, türk əsilli isveçli forvard Deniz Gül karyerasını "Porto"da davam etdirəcək.
İsveç klubu 19 yaşlı futbolçunun satışından 4.5 milyon avro və 500 min avro bonus əldə edəcək.
Qeyd edək ki, İsveçin U-21 millisində 2 oyun keçirən Deniz Gül karyerası ərzində 48 matça çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Portuqaliya, İsveç, Hammarbi, Deniz Gül, Porto, todaypress.az,