Poqbanın qardaşı məhkəmə qarşısına çıxdı

İdman

26.11.2024 18:33

“Yuventus” klubunun keçmiş yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşı olan Matias Poqba və digər beş nəfər məhkəmə qarşısına çıxıblar.

TodayPress Fransa mətbuatına istinadən xəbər verir ki, onlar 2 il əvvəl  Poqbadan 13 milyon avro pul tələb etməkdə ittiham olunurlar.

Matias Poqba və digər beş nəfərin məhkəməsi Parisdə keçirilir.

Xatırladaq ki, 2022-ci ilin yazında Pol Poqbanın qardaşı və onun uşaqlıq dostlarının da olduğu silahlı dəstə futbolçudan 13 milyon avro tələb edib. Onlar futbolçudan bu məbləği bir neçə aya ödəməsini istəyiblər. 

Namiq HUN

tag: Yuventus, Fransa, Matias Poqba, Pol Poqba, todaypress.az,