Poqbanın futbola qayıdışı uzandı

İdman

26.12.2024 17:47

Fransalı yarımmüdafiəçi Pol Poqba dopinq qadağasının azaldılmasına baxmayaraq, daha bir müddət meydanlardan uzaq qalacaq.

TodayPress xəbər verir ki, Poqba yanvarda komanda ilə məşqlərə başlamaq, martda isə rəsmi oyunlarda iştirak etmək hüququna malikdir.

Futbolçunun səhhətində yaranan problemlər səbəbindən bu proses ləngiyə bilər.

Ötən həftə fransaı futbolçu Kosta-Rikaya səfər edib və burada dizindən əməliyyat olunub. Bu prosedur onu məşqlərə başlamasını bir müddət təxirə salmağa məcbur edəcək.

Namiq HUN

tag: Pobqa, Prosedur, Əməliyyat, Məşq, todaypress.az,