Poqbadan müəmmalı paylaşımla gündəm oldu
Son klubu “Yuventus” olan yarımmüdafiəçi Pol Poqba sosial şəbəkədə müəmmalı paylaşım edib. O, üç emoji yerləşdirib: qum saatı, qapanmış ağız və yumulmuş göz.
TodayPress “RMC Sport”a istinadən xəbər vərir ki, fransalı futbolçu qaçılmaz transferinə eyham vurub.
Daha əvvəl mətbuatda Poqbanın karyerasını “Marsel” klubunda davam etdirə biləcəyi haqda xəbərlər yayılmışdı.
Xatırladaq ki, 31 yaşlı yarımmüdafiəçi hazırda narkotik vasitələrdən istifadə etdiyi üçün cəza çəkir. O, 2025-ci ilin mart ayında futbola qayıdacaq.
Namiq HUN
tag: Yuventus,Marsel,Pol Poqba,Karyera,Todaypress.az,