Poqba “Marsel”lə anlaşdı

İdman

11.12.2024 15:50

Pol Poqba futbolçu karyerasını Fransada davam etdirmək istəyir.

TodayPress xəbər verir ki, antidopinq qaydalarını pozduğuna görə cəza çəkən fransalı mərkəz yarımmüdafiəçisi yeni klubu ilə bağlı qərar verib.

31 yaşlı futbolçu karyerasını "Marsel"də davam etdirmək istəyir.

Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi futbolçunun arqumentlərini nəzərə alaraq cəzasını 4 ildən 1,5 ilə endirib. Poqba yanvar ayından rəsmən məşqlərə başlaya bilər.

Yarımmüdafiəçinin keçmiş klubu “Yuventus” müqavilə müddətini ləğv etdiyi üçün o, transfer bazarına azad agent kimi daxil olacaq.

“Marsel” klubu hələ Poqba ilə müqavilə imzaladığını açıqlamayıb. Yanvarda tərəflərin rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

Namiq HUN

tag: İdman , Fransa,Futbol,Karyera ,todaypress.az,