Poqba futbola qayıdır
Fransalı ulduz futbolçu Pol Poqbanın diskvalifikasiya müddəti başa çatıb.
TodayPress AS nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi, antidopinq qaydalarını pozduğu üçün futboldan uzaqlaşdırılmışdı.
Poqba artıq karyerasını istənilən klubda davam etdirə bilər.
İddiaya görə, oyunçunun xidmətində Fransanın “Marsel” və ABŞ-nin “İnter Mayami” klubu maraqlıdır.
31 yaşlı futbolçunun əsas məqsədi Fransa millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak etməkdir.
Xatırladaq ki, İtaliya Milli Antidopinq Tribunalı (NADO Italia) “Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqbanı qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 il müddətində futboldan diskvalifikasiya etmişdi.
Namiq HUN
tag: Poqba,Yuventus,Klub,Futbol,Todaypress.az,