Polşalı tennisçidən erkən vida
İdman
08.11.2024 10:20
Qadın tennisçilər arasında keçirilən ilin yekun turnirində qrup mərhələsi başa çatıb.
TodayPress xəbər verir ki, yarışın favoritlərindən olan İqa Şvyontek mübarizəni dayandırıb.
B qrupunda yer alan polşalı tennisçi rəqibləri ilə eyni xal toplayıb. Şvyonteklə yanaşı Koko Qauff (ABŞ) və Barbora Kreyçikova (Çexiya) hərəyə 2 qələbə qazanıb, 1 dəfə uduzub.
Setlərin nisbətində rəqiblərindən geri qalan Şvyontek qrupda 3-cü olub.
Qeyd edək ki, İqa Şvyontek 2023-cü ildə ilin yekun turnirinin qalibi adını qazanıb.
Namiq HUN
tag: Polşa, Tennis, ABŞ, Barbora Kreyçikova, Turnir, todaypress.az,